|
|
|
MÜƏLLİF YAZILARI
|
QARA RƏNGİN FİTVASI
Bütün dini liderlər kimi Şeyxülislam da toxunulmazdır – Ona ancaq Allah toxuntusu ola bilər.
Hamının qudası var, ancaq hamının Allahı yoxdur...
|
XALQ QƏHRƏMANI
SƏFƏRALI
XIX əsrin 50-ci illərindən başlayaraq Azərbaycanda baş qaldıran qaçaq hərəkatı milli-azadlıq hərakatının böyük bir mərhələsini təşkil edirdi Azərbaycanın bütün bölgələrində olduğu kimi Qarabağda da milli azadlıq hərakatına öz töhfəsini vermiş qaçaqlar meydana gəlmişdir. Qaçaq Nəbi, Qaçaq Rəşid, Qaçaq Süleyman, Qaçaq Murtuza və s. kimi xalq qəhrəmanları bu mübarizədə yaxından iştirak etmiş, öz həyatlarını dağda, aranda, şəhərdə, kənddə təhlükəyə ataraq rus istilasına qarşı çıxmışlar. Onlar bu şücaət və igidlikləri ilə xalqın sevimlisinə çevrilmişlər.
|
|
AT BELİNDƏ DOĞULDUM...
|
XATİRƏ
Azərbaycanın Milli Qəhrəmanı, jurnalist həmkarımız Salatın Əsgərovanın əziz xatirəsinə həsr olunur…
…Salatın Əsgərovanın ölüm xəbəri ildırım sürəti ilə bütün Şuşaya, oradan da bütün ölkəyə və bütün dünyaya yayıldı.
Salatın xanımla biz əvvəllər heç tanış deyildik. Mən onun yalnız imzasını tanıyırdım. Şuşaya gəldiyi zaman biz onunla görüşdük, tanış olduq və mən onun xidməti işinin lazımi səviyyədə yerinə yetirilməsi ilə əlaqədar bəzi xahişlərini həyata keçirdim.
|
MƏN BİR CEVİZ AĞACIYAM...
Insan taleyi müхtəlif olur. Keşməkeşli həyat yaşayan Çingiz Fərəcovun taleyi isə daha maraqlıdır. Çingiz müəllim qəmli-kədərli, əzablı həyatını belə хatırlayır:
Mən Fərəcov Çingiz Əliş oğlu 1942-ci ildə Füzuli rayonunun Хələfşə kəndində anadan olmuşam. Atam Əliş Fərəc oğlu hələ uşaqkən ata-anasını itirmişdir. Onun əsli Füzuli rayonunun Rəfədinli kəndindəndir. Atam təsadüfən Хələfşə kəndinə gəlmiş, əvvəl Misir kişinin, sonralar isə Əmir kişinin şəхsi təsərrüfatında muzdurluq etmişdir. Yaşlı adamlar хatırlayırlar ki, o, 12 yaşından işləməyə başlamışdır. Atamın qardaş-bacısı olmamışdır.
|
|
|
|
|
|
|
|
|
|
|
|