QARABULAQ
  Abidələr
 

FÜZULİ RAYONUNUN İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRİNDƏKİ TARİXİ ABİDƏLƏRİ
  
 
 
 
 

 

 
Şeyx Babi Yaqub türbəsi .XIII əsrə aid olan bu türbə Babı kəndi yaxınlığındakı qəbirəstanlıqda yerləşir.Türbənin ətrafında minarə və minarə ətrafı yeraltı tikililər vardır.Türbənin kitabəsi üzərində hicri 670 ildə,miladi 1272-ci ildə şeyx Əbu Yaqub Səd tərəfindən tikilmişdir şeyxin burda məqbərəsi də olmuşdur .Bəzi məlumatlara görə görkəmli azərbaycan ilahiyyatçısı, şair, sərkərdə Şeyx Babının şərəfinə tikilmişdir.Elə ona görədir ki türbə Şıxbaba türbəsi adlanır.Türbənin iki qapısı vardır onun biri şimala o birisi isə cənuba baxır.Türbənin yanında möhtəşəm bir məscid yerləşirdi ki,rus iran müharibəsi ərəfəsində atılan topların mərmilərindən məscid dağılmış onun qoşa minarələrindən biri uçmuşdur minarələrə çıxmaq üçün içəridən hörülmüş burma pilləkənlərdən istifadə olunmuşdur.Məscidin burada tikilməsi təsadüfü olmamışdır. Bura əhalinin gur yaşadığı, məskunlaşdığı,ticarətin,gəliş,gedişin olduğu bir yer idi.Bu ərazilərdə aparılan təsadüfü qazıntılar nəticəsində aşkara çıxarılmışdır ki, 12 km kənardan bu kəndə saxsı borular vasitəsi ilə su çəkilmişdir.
   
  

Əhmədalılar türbəsi XIV əsr

 

Şeyx Babı Yaqub və Əhmədalılar türbəsi eyni quruluş və tikiliyə malkdirlər.Hər iki türbənin altında məzarlıq vardır.Hər iki türbənin şimaldan cənuba baxan üzbəüz iki qapısı və aşağı hissələrini bəzəyən daşdan yonulmuş səkkiz guşəli ulduzları vardır.
 
  
  
 
Qazaxlar kənd qəbristanlığı ərazisi. Qəbirüstü qoç heykəli.
 
 
 
 

Bala Bəhmənli Tarix-diyarşünaslıq muzeyində  çay daşından yonulmuş kiçik qoç heykəli nümayiş etdirilir.Bu eksponat Böyük Bəhmənli kəndi ərazisindən 1961-ci ildə tapılmışdır.

Bütün bu qoç heykəlləri yeni dövrü əhatə edir.
 
 

YUXARI KÜRDMAHMUDLU SƏRDABƏSİ    
  
 
        Sərdabənin İçəridən görünüşü                          Dördguşəli ulduz
 
 

Yuxarı Kürdmahmudlu kəndində yerləşən bu yeraltı sərdabə orta əsrlərə aiddir. Sərdabənin cənuba doğru girişi vardır.Hörülmüş dörd bağlı qapının hər biri bir qutbə baxır. Bişmişkərpiclə hörülmüş tavanındakı dördguşəli ulduzun hər bir ucu bu qapılara doğru istiqamətlənmişdir.Sərdabə aşkara çıxarıldığı zaman onun içərisində dörd taxta qutu və onun içərisində insan sümükləri olmuşdur.Taxta qutuların üzü qibləyə doğru idi. Sərdabə yerin çökməsi ilə təsadüf nəticəsində aşkar olunmuşdur.Yuxarı Kürdmahmudlu kənd camaatı sərdabənin girişini təmizləyərək onu tamamilə aşkara çıxarmışlar.

 Lider TV 2007-ci ildə bu sərdabə barəsində geniş məlumat vermişdir.
 

Böyük Bəhmənli kəndi ərazisində mövcud olmuş Leyli hasarı XII əsr.
 
 
 

 Bala Bəhmənli kəndi yaxınlığındakı Kültəpə ətrafında mövcud olmuş şəhər.

Şəhər Albanlara və yaxud Əhəmənilərə aid idi. B.e.ə VII-IV əsrlər.
 
 
 
Həmin şəhərin sütun altlıqları Bala Bəhmənli Tarix diyarşünaslıq muzeyində saxlanılır.
 
  
 
 Sütun altlığı

Kültəpə
 
 Füzuli rayonu Bala Bəhmənli kəndi yaxınlığında olan kültəpə abidəsində 1965-ci ildə Azərbaycan arxeoloqları axtarışlar apardılar.Axtarış zamanı kültəpədə çoxtəbəqəli qədim yaşayış yeri aşkar olundu.kültəpədən Eneloit-son orta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri (sadə və şirli qab nümunələri,ox ucları,oraq dişləri,dən daşları) toplanmışdır.Kültəpənin Enolit və Tunc dövrlərində oturaq əkinçi icmaların böyük yaşayış yeri,orta əsrlərdə isə qala olduğunu göstərir.
 

Üçtəpə
 
Füzuli rayonu Böyük Bəhmənli kəndi ərazisində yerləşən Üçtəpə abidəsinin tarixi çox qədimlərə gedib çıxır.Üçtəpənin hər biri ayrı-ayrılıqda torpaq qəbir kurqanlarıdır. Belə qəbir kurqanları sayılan, varlı əyanlar və onların övladları üçün düzəldilirdi.Bu kurqanlar ərazisinə uyğun materiallardan hazırlanmışdır.Ölü qazılaraq qəbrin mərkəzinə qoyulurdu. Ölünün yanına müxtəlif ölçülü küp və saxsı qablar qoyulurdu.Ölü tək və ya kollektiv halda bastırılırdı. Qəbrin üzəri  ağac tirlərlə örtülürdü. Bundan sonra qəbrin ətrafına dairəvi şəkildə çay daşı düzülürdü.Həmin çay daşının həcmi ən azı bir neçə maşın yükü  həcmində olurdu.Ən axırda isə qəbir kurqanların üzəri torpaqla örtülürdü.Eyni ərazidə bastırılmış bir neçə əyanın qəbri-Kurqanlar ( təpəliklər ) əmələ gətirirdi.Bu kurqanların sayının üç olması heç bir əhəmiyyət kəsb eləmir.
Əslinə baxarsaq bu kurqanların sayı dörd və bir az da artıq olmuşdur.Onlar kolxozun torpaq düzəltmə (Planirovkaları) zamanı buldozerlərlə dağıdılmışdır. Üçtəpə ərazisindən b.e.əvvəl birinci minilliyə aid qara gildən düzəldilmiş məişət qabı aşkar edilmişdir. 
 
Böyük Bəhmənli kəndindəki köhnə və təzə məscidlər.


MUZEYİN SAYTINA DAXİL OL

 
 
   
 
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə,
həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

Telefon: (+99450) 286 31 41, (+99455) 252-05-90. E-mail: tagiturk@rambler.ru
Saytın müəllifi: Tağı Kərimli

© Copyright 2011, "ARZUMANOĞLU"

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol