QARABULAQ
  Bəstəkarlar
 

 

CAVADOV MƏMMƏD KƏRİM OĞLU
 
Ey kö­nül mül­kü­nün ba­rı Nax­çı­van,
El­lə­rin sev­gi­li ya­rı Nax­çı­van...
 
Bu şux, əbədiyaşarmah­nı­nı din­lə­yən­lər, son­ra­lar züm­zü­mə edən­də də heç ağıl­la­rı­na gə­tir­mə­yib­lər ki, onun mü­əl­li­fi nax­çı­van­lı ol­ma­ya bi­lər. Çün­ki di­ya­ra oğul mə­həb­bə­ti mah­nı­nın me­lo­di­ya­sın­da be­lə açıq-aş­kar du­yu­lur. Ona gö­rə də is­tər-is­tə­məz dü­şü­nür­sən: be­lə is­tək do­lu mah­nı­nı an­caq bu tor­paq­da do­ğu­lub-bö­yü­müş, onun su­yun­dan iç­miş öv­lad bəs­tə­lə­yə bi­lər.
"Ba­rı Nax­çı­van" mah­nı­sı­nın mü­əl­li­fi ba­rə­də so­nun­cu müd­də­a­nın ikin­ci his­sə­si uy­ğun gə­lir: 1912-ci il­də Qa­ra­bağ­da - Fü­zu­li şə­hə­rin­də ana­dan ol­muş Məm­məd Kə­rim oğ­lu Ca­va­do­vun öm­rü­nün mü­əy­yən his­sə­si şa­ir­lə­rin "Nəq­şi-ca­han" ad­lan­dır­dı­ğı di­yar­la bağ­lı olub.
O, Nax­çı­va­na gedə­nə qə­dər Asəf Zey­nal­lı adı­na Mu­si­qi Tex­ni­ku­mu­nu, Kon­ser­va­to­ri­ya­nın nə­fəs alət­lə­ri və bəs­tə­kar­lıq şö­bə­lə­ri­ni bi­tir­miş­di. Məmməd Cavadov Azərbaycanın görkəmli, təkrarsız bəstəkarı Üzeyir Ha­cı­bə­ylidən dərs almış, musiqinin valeh edici sirlərinə vaqeh olmuşdur. 1932-ci il­dən 1938-ci ilə qə­dər da­hi bəs­tə­ka­rın ya­rat­dı­ğı not­lu xalq çal­ğı alət­lə­ri or­kestrin­də (in­di Səid Rüs­tə­mov adı­na) iş­lə­miş, Moskva­da ke­çi­ri­lən Azər­bay­can mə­də­niy­yə­ti on­gün­lü­yü­nün iş­ti­rak­çı­sı ol­muş, üç il Ope­ra və Ba­let Te­at­rın­da ça­lış­mışdır. 1941-ci il­də bəstəkar To­fiq Qu­li­ye­vin və Ni­ya­zi­nin ya­rat­dıq­la­rı Döv­lət "Caz" or­kestrin­də sak­sa­fon­çu, 1943-cü il­də Döv­lət Aka­de­mik Dram Te­at­rın­da di­ri­jor iş­lə­miş­dir. Onun musiqiyə olan marağı, həvəsi, ya­ra­dı­cı­lıq qüv­vəsi günü-gündən aşıb-da­şır­dı. Be­lə bir vaxtda rəh­mət­lik Adil Is­gən­də­ro­vun töv­si­yə­si ilə Nax­çı­van Döv­lət Dram Te­at­rı­na di­ri­jor tə­yin edil­di. Ey­ni za­man­da mu­si­qi mək­tə­bin­də mü­əl­lim­li­yə baş­la­dı. Ye­ri gəl­miş­kən, Ra­miz Mi­riş­li, Nə­ri­man Məm­mə­dov, Rə­şid Məm­mə­dov onun yetişdirmələridir.
Te­atrda "Ar­şın mal alan" mu­si­qi­li ko­me­di­ya­sı­na, "Ley­li və Məc­nun", "Əs­li və Kə­rəm" ope­ra­la­rı­na, baş­qa ta­ma­şa­la­ra di­ri­jor­luq edir, yo­rul­maq nə­dir bil­mir­di. Üç il keç­mə­miş ar­tıq not­lu xalq çal­ğı alət­lə­ri or­kestri, Döv­lət “Caz” or­kestri və “Saz­çı” qız­lar an­samblı ya­ra­dır. Ya­zı­çı Na­ğı Na­ğı­ye­vin Və­tən mü­ha­ri­bə­si möv­zu­sun­da ya­zıl­mış "Po­lad" dra­mı­na mu­si­qi bəs­tə­ləyir.
Məmməd Cavadov 1945-ci il­də əslən Or­du­baddan olan, o dövrün tanınmış şairi Hü­seyn Əzim­lə ta­nış olur. Onun şer­lə­ri­ni oxu­yan­da "Ba­rı Nax­çı­van" diq­qə­ti­ni cəlb e­dir. Beləliklə, dillər əzbəri olmuş "Ba­rı Nax­çı­van" mah­nı­sı yaranır. Bəstəkar eyni zamanda xalqımız tərəfindən sevilən, şa­ir Is­lam Sə­fər­li­nin "Bə­növ­şə", “Badamlı”, "Cən­gi" şeir­lə­ri­nə də mu­si­qi bəstələyir. Bu mah­nı­lar 11 fevral 1946-cı il tarixdə Bəs­tə­kar­lar It­ti­fa­qı­nın Üze­yir Ha­cı­bə­ylinin sədrli­yi ilə ke­çən ic­la­sın­da həyata vəsiqə qazanır.
Bəstəkar Mux­tar Res­pub­li­ka­nın əksər ra­yon­la­rın­da, kol­xoz-sov­xoz­la­r­da zəhmətkeşlərlə tez-tez görüşlərdə olur­, onların asudə vaxtlarının səmərəli keçirilməsində yaxından iştirak edir. Həmin təmaslarda onun yaratdığı xalq çal­ğı alət­lə­ri və caz or­kestrlə­ri­nin, “Saz­çı” qız­lar an­samblı­nın so­listlə­ri - Zər­qə­ləm Ca­va­do­va, Sof­ya Is­ma­yı­lo­va, Gül­tə­kin Sə­fər­li, Mən­zər Məm­mə­do­va və digər müğənnilərin ifası din­lə­yi­ci­lə­rə böyük zövq verir. Təş­kil et­di­yi kon­sertlər­də tanınmış sənət xadimlərindən Zə­roş Həm­zə­ye­va, Əy­yub Haq­ver­di­yev, Fü­ru­zə Əli­xa­no­va alqışlarla qarşılanırdılar. Məmməd Cavadov 1955-ci il­də ailə vəziyyəti ilə əlaqədar olaraq ürək­dən bağ­lan­dı­ğı di­yar­la vi­da­laşaraq doğma ra­yo­nu­na - Fü­zu­li­yə qa­yı­dıb pe­da­qo­ji tex­ni­kum­da mü­əl­lim iş­lə­mə­yə baş­la­yır.
...Nax­çı­van­da top­la­dı­ğı təc­rü­bə bu­ra­da da köməyinə çatır. Mək­təb­də nə­fəs­li alət­lər or­kestri ya­radan Məmməd Cavadovun təş­ki­lat­çı­lı­ğı, qa­bi­liy­yə­ti diq­qət­dən ya­yın­mır. Çox keçmədən o ra­yon mə­də­niy­yət evi­nə di­rek­tor tə­yin olunur. Onun işində böyük canlanma yaranır, mə­də­niy­yət evin­də müx­tə­lif dər­nək­lər təş­kil olunur. Rayonda istedadlı uşaqlar arayıb-axtarılır. Onların bacarığı üzə çıxır. Hət­ta folklor an­samblı Da­ni­mar­ka­da Azərbaycan musiqisini təmsil edir. Di­rek­to­run tə­şəb­bü­sü ilə ra­yonda mu­si­qi mək­tə­bi fəaliyyətə başlayır, xalq te­at­rı ya­ra­dılır. Bu te­atrda ha­zır­la­nan "Ni­şan üzü­yü", "Şey­tan əmə­li", "Qa­ra li­bas­lı adam", "Baş tut­ma­yan kə­lək" və baş­qa ta­ma­şa­la­ra mu­si­qi­ni məhz Məmməd Cavadov bəstələyir.
Məm­məd mü­əl­lim son­ra­lar bir müddət Ağ­dam or­ta ix­ti­sas mu­si­qi mək­tə­bin­də də ça­lı­şıb. Ha­ra­da ya­şa­ma­sın­dan və iş­lə­mə­sin­dən ası­lı ol­ma­ya­raq vax­tı­nın məh­dud­lu­ğu ilə ba­rış­ma­yıb, ya­ra­dı­cı­lıq­la da məş­ğul olub. "In­ci­yib", "Sa­lam var", "Nə qal­dı", "Şu­şa­da", "Özü­nə gü­vən", "Bi­zim dağ­lar", "Da­nı­şaq" və yüz­lər­lə di­gər yad­da qa­lan mah­nı­nın, rəqslə­rin mü­əl­li­fi Məmməd Ca­va­dov­ olmuşdur.
1993-cü il­də Məm­məd mü­əl­limin taleyinə köç­kün­lük də nəsib olur. Bir müd­dət Lən­kə­ran­da məs­kun­la­şan bəs­tə­kar çox tez müd­dət­də bu­ra­da da mu­si­qi­se­vər­lə­rin rəğ­bə­ti­ni qa­zan­dı. "Bu yer­lər", "Tək­cə sə­ni", "Lən­kə­ran" və sa­ir mah­nı­lar bu gö­zəl di­yar­da ya­ran­dı.
İstedadlı bəstəkar xalq şairləri Səməd Vurğunun, Mirvarid Dilbazinin, Nəriman Həsənzadənin, Fikrət Qocanın, tanınmış qələm sahibləri Mərkəz Qacarın, Abdulla Qurbaninin, Oruc Sədanın, Şəkər Aslanın, Mirhaşım Talışlının sözlərinə bir-birindən gözəl mahnılar bəstələmiş Məmməd Cavadov 2008-ci ildə Tanrı dərgahına qovuşub.
Yaxşı olardı ki, 2012-ci ildə 100 illiyi qeyd olunacaq unudulmaz bəstəkar, musiqi dünyamızda müstəsna və əvəzsiz xidmətlər göstərmiş Məmməd Cavadovun adını əlaqədar təşkilatlar əbədiləşdirsinlər. Bu da ölməz bəstəkarın ruhuna bizim hörmətimiz olar.
 
 
 
   
 
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə,
həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

Telefon: (+99450) 286 31 41, (+99455) 252-05-90. E-mail: tagiturk@rambler.ru
Saytın müəllifi: Tağı Kərimli

© Copyright 2011, "ARZUMANOĞLU"

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol