ORTA ƏSRLƏR
Bala Bəhmənli Tarix-Diyarşünaslıq muzeyində orta əsrlərə aid tapıntılar daha çoxdur.Muzeyin fondunda eyni eksponatlardan onlarca saxlanılır.Orta əsrlər uzun bir dövrü əhatə etdiyində onun tapıntıları çox həm də rəngarəngdir.Monqollara aid ox ucluqları bu ərazilərdə qanlı döyüşlərin getdiyindən xəbər verir.Müxtəlif təyinatlı olan ox ucluqlarından insan,döyüş atların,zirehi deşmək, evləri yandırmaq üçün istifadə edilirdi.Zobucuq qəsəbəsi ərazisinin minadan təmizlənməsi zamanı çox miqdarda oxlar tapılmışdır.Döyüş atlarının bəzək əşyalarının tapılması bu ərazilərdə döyüşlərin getdiyini bir daha sübut edirdi.
Əhmədalılar türbəsi ətrafından tapılmış üzəri quş heyvan təsvirli mis üzüklərdə orta əsrlərə təsadüf edir.Müxtəlif kəndlərdən tapılmış durna çıraqları forma etibarı ilə biri - birindən fərqlənir.Köndələn çayı daşqınları zamanı tapılmış mis qab dəsti,içində ölü bastırmaq üçün küp Leyli hasarı sahəsindən tapılmış daş pilləkən maraqlı tapıntılardandır.
Təsadüfu qazıntılar zamanı tapıntıların ilkin görünüşü
|