1919-ci il Azərbaycan DR-nın pulu
1922-ci il Azərbaycan SSR-nin pulu
NİMUZMATİK TAPINTILAR HAQQINDA MƏLUMAT
Füzuli rayonu Bala Bəhmənli kənd Tarix-Diyarşünaslıq muzeyində Sasanilərə, Atabəylər Eldəgizlərə ümumiyyətcə müxtəlif dövrlərə aid olan mis və gümüş pul nümunələri nümayiş etdirilir. Bu pullar Füzuli rayonun Əhmədalılar kəndində tarixi XIV əsrə aid olan türbə yaxınlığında tapılmışdır.Həmin ərazi araz çayı yaxınlığında yerləşir.Pullar müasir texniki vasitələrlə ərazinin minadan təmizlənməsi zamanı tapılmışdır.Atabəylərə aid olan mis pulların topa halında tapılması və eyni dövrü əhatə etməsi bunun bir xəzinə olması ehtimalına gətirib çıxarır. Həmin ərazidən orta əsrlərə aid saxsı çıraq, mis, dəmir, üzüklər, bəzək əşyaları və bu əşyaları düzəltmək üçün alətin tapılması ərazinin həmin dövrlərdə yaşayış yeri olduğunun sübutudur.Bu ərazilərdə tarixən araz çayının daşqınlar törətməsi nəticəsində yaşayış yerləri su altında qalmışdır. Həmin ərazinin müxtəlif sahələrindən Monqollara aid mis və gümüş pullar müxtəlif tipli çox saylı ox ucluqları tapılmışdır. Sonrakı vaxtlarda həmin ərazinin başqa sahələrindən daha erkən dövrü əhatə edən pul nümunələri tapılmışdır.Bu pullar Sasanılərə aid gümüş dirhəmlər idi. Az bir sahədən çoxsaylı müxtəlif dövrləri əhatə edən pul nümunələrinin tapılması həmin ərazinin müasir tipli elektron aparatlarla yoxlanılmasının nəticəsidir. Hal hazırda muzeydə tarixləri tədqiq edilməmiş xeyli pul nümunələri vardır.İndinin özündə də muzeyə qədim pul numunələri daxil olur.
Muzeydəki pulların tarixi Elmlər Akademiyasının işçisi nimuzmat Qənirə Pirquliyeva tərəfindən tədqiq edilmişdir.
Bala Bəhmənli Tarix-Diyarşünaslıq muzeyinin Müdiri ELÇİN ƏSƏDOV
|