QARABULAQ
  Tunc dövrü
 

TUNC DÖVRÜ

 

Bu bölümdə əsasən orta və son tunc dövrü eksponatları nümayiş etdirilir.Həmin tapıntılar təsadüf nəticəsində ərazidə suvarma işləri görülən zaman və qəbir yeri qazılarkən aşkar edilmişdir. Bala Bəhmənli kəndi yaxınlığında yerləşən Kültəpə ətrafından başlayaraq Böyük Bəhmənli alma bağı ərazisi-indiki Mahmudlu -1 qəbirəstanlığı orta tunc dövrü qəbir abidələrini əhatə edir. Həmin ərazilər Köndələn çayına yaxın bir yerdir.Bildiyimiz kimi qədim insanlar əsasən su kənarlarında məskunlaşırdılar. Azıx mağarası İlk insan yaşayış məskəni kimi bunlara sübutdur.Yuxarıda göstərdiyimiz ərazilərdən çoxsaylı gil qablar, üzəri cilalanmış qablar, boyalı qablar,3 ədəd tunc xəncər və parça halında tunc sim tapılmışdır.

Muzeydə toplanmış bütün eksponatların tarixi Azərbaycan Elmlər akademiyasınıln alimləri tərəfindən müəyyənləşdirilmişdir.   

 

 

Təsadüfü qazıntılar zamanı aşkarlanməş tunc dövrü tapıntılarının ilkin görünüşü. 
 
  
                                                                
Qapaqlı böyük bulud                                                           Böyük dolça
 
 

Enolit dövründən sonra gələn dövr Tunc dövrü adlanır. Bu dövr b.e.əvvəl IV minilliyin sonu b.e.əvvəl I minilliyin əvvəlinədək davam edir.Tunc misin qalay və sürmə ilə qarışığından alınır.Tunc misə görə daha möhkəm və əlverişli metal olduğundan insan fəaliyyətinin bütün sahələrində istifadə olunmağa başladı.Tunc dövrü üç mühüm hissəyə bölünür.İlk, orta və son tunc dövrü.

İlk tunc dövrü tuncun kəşfi ilə başlayır.Azərbaycanda ilk Tunc dövrü elmi ədəbiyyatda Kür – Araz mədəniyyəti adı ilə məhşurdur.Kür – Araz mədəniyyətinə aid arxeoloji tapıntıların çoxluğu onların yayılma sıxlığı belə bir nəticəyə gəlməyə imkan vermişdir ki,ilk Tunc dövründə Azərbaycan ərazisində  əhalinin sayı xeyli artmışdır.
 
 
 
 
 
Tunc dövrünə aid guşədən bir görünüş.
 
   
 
Absidian (dəvəgözü) Orta paleolit dövründən başlayaraq dəvəgözü və çaxmaq daşı materialından ox ucluqları düzəldilməyə başlanılmışdır.Misin kəşf edildiyindən sonralar da bu materialdan insanlar ox ucluqları düzəltməkdə davam edirdilər.Füzuli rayonu ərazisində böyük həcmli dəvəgözü daşlarına rast gəlinməsi burada yaşayan qədim insanların yerli materialdan istifadə etdiklərinin sübutüdür.Bu materialdan düzəldilmiş oraq dişlərinə Bala Bəhmənli kəndi yaxınlığındakı Kültəpədə 1965-ci ildə aparılan arxeoloji qazıntılarında rast gəlinmişdir.
 
 
 
 
 
Tunc dövrünə aid qəbirlərdən tapılmış daş və əqiq muncuqla
 
 
 
 
Qəbirlərdən tapılmış tunc üzük, xəncər,qol və baş bəzəkləri.
 
 
  
 
Tunc dövrü boyalı və boyasız qablar.
 
 
 
  
 
  
 
  
 
 
 
   
  
 
 
 
 
Tunc dövrü tapıntılarına svilizasiyanın beşiyi olan qədim füzuli torpağında-Qaraköpəktəpə,Quru çay və Köndələn çayı ətrafı ərazilərdə rast gəlinmişdir.
 
 
   
 
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə,
həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

Telefon: (+99450) 286 31 41, (+99455) 252-05-90. E-mail: tagiturk@rambler.ru
Saytın müəllifi: Tağı Kərimli

© Copyright 2011, "ARZUMANOĞLU"

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol