YENİ DÖVR
Bala Bəhmənli Tarix-Diyarşünaslıq muzeyində XVIII əsrdən başlayan Yeni dövrə aid eksponatlar nümayiş etdirilir.Bu bölümdə dəvə başlığı,müxtəlif ölçülü heybələr,xurcun,gərdək başlığı,gödəkçələr, yelpik,pul kisələri toxunma və tikilmə məişət tikililəri nümayiş etdirilir.Üzəri naxışlarla bəzədilmiş müxtəlif mis məmulatlar,gümüş qadın kəməri xalqımızın mədəni məişət həyatından məlumat verir.Üzərində səkkiz guşəli ulduz şəkili olan qılınc maraqlı eksponatlardandır.Dövlət atributlarından olan bayrağımız üzərindəki səkkiz guşəli ulduzun eyni olan bu qılınc xalqımızın keçmiş tarixini yaşatdığının sübutudur.Bu qılınc yağlanaraq dəriyə bükülü halda saxlanıldığından indiyə qədər yaxşı halda qalmışdır.Qılınc Böyük Bəhmənli kəndindən tapılmışdır.Tapılan zaman onun üzərindəki yağ daşlaşmışdı.Üzəri oyularaq günəş sünbül təsvirlər ilə bəzədilmiş mis döş asması insanların təsərrüfat işlərini həyatlarının mənası hesab etdiklərindən xəbər verir.
|