DƏMİR DÖVRÜ
Dəmir dövrü b.e.ə.birinci minilliyi əhatə edir. Dəmir dövrünün başlamasına baxmayaraq insanlar mis və tuncdan silah,təsərrüfat alətləri düzəltməkdə davam edirdilər.Bala Bəhmənli Tarix diyarşünaslıq muzeyində b.e.əvvəli - I minilliyi əhatə edən eksponatlar vardır.Həmin eksponatlar Böyük Bəhmənli kəndi sahəsində yerləşən üçtəpələrdən,həmin ərazilərin yüksəklıkləri olan haramı düzündən, Zobucuq yaşayış sahələrindən, Mahmudlu 2 kəndinin göl yeri adlanan sahələrindən tapılmışdır.Kültəpə ətrafı ərazilər bu dövr üçün əsas yaşayış məskəni kimi fəaliyyət göstərmişdir. Kültəpədən 500 metr şimalda tapılmış sütun altlıqları həmin ərazidəki şəhər ictimai binalarının qalıqlarıdır.
Həmin şəhərin sütun altlıqları Qəbələdən,və başqa tarixi şəhərlərdən tapılmış qədim alban şəhərlərində istifadə olunan sütun altlıqlarının eynidir. Bəzi alimlər bu sütun altlıqlarının daha qədimə Əhəmənilər dövrünə gedib çıxdığını söyləyirlər.
Muzeydə geniş Alban mədəniyyəti nümunələri nümayiş etdirilir.
2006-cı ildə Füzuli rayonunun Alıxanlı,Zobucuq,Babı yüksəkliyi və Əhmədallar günbəzi ətrafı ərazilərdə tapılmış mis ox ucluqları və başqa əşyalar bir eynilik təşkil edirdi.Azərbaycan elmlər akademiyasının aparıcı elmi işçisi, tarix elmləri namizədi Solmaz xanım Qaşqay bu oxların b.e.əvvəl VII-IV əsrlərə aid olduğunu və Sak-iskit,Massagetlərə məxsus
olduğunu müəyyənləşdirdi.
Sütun altlığı
Alban mədəniyyəti nümunələri
|